Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Çuvaşıstanın Kanaş şəhərində Şaxta baba paltarında olan şəxs yerli iş adamlarından birini odlu silahla qətlə yetirib.
APA-nın “cheb-news.net” saytına istinadən xəbərinə görə, yanvarın 2-də baş verən hadisədən sonra həmin şəxs ərazini tərk etsə də, sonradan saxlanılıb.
Bildirilib ki, zərərçəkən əvvəllər hüquq-mühafizə orqanlarında işləyib.
Hadisənin qisasçılıq zəminində törədildiyi ehtimal edilir. Belə ki, cinayətkar vaxtilə məhz qətlə yetirilən şəxsin aşkarladığı faktlar nəticəsində həbs edilib.