Modern.az saytına istinadən Icma.az xəbər verir.
Rusiyada Dövlət Dumasına keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb.
Modern.az xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, protokolların 13,88 faizinin emalından sonra hakim “Vahid Rusiya” partiyası federal siyahı üzrə 57,54 faiz səslə öndədir. İlkin məlumatlarda Kommunist Partiyasının təxminən 13,6 faiz, Liberal Demokrat Partiyasının 9,3 faizə yaxın, “Yeni insanlar” partiyasının isə 7,96 faiz səs topladığı göstərilir.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermədə iştirak göstəricisi saat 20:30-a olan məlumata əsasən 56,66 faiz təşkil edib.
Səslərin hesablanması davam etdiyindən göstəricilərin dəyişə biləcəyi bildirilir.