Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Dövlət Dumasına keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb. Hakim "Vahid Rusiya” partiyası seçkilərdə qalib gələrək üstünlüyünü saxlayıb.
“Cebheinfo.az” xəbər verir bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat verib.
Beləliklə, “Vahid Rusiya” partiyası seçicilərin 57,87 faizinin səsini qazanıb. 225 təkmandatlı seçki dairəsinin böyük əksəriyyətində hakim partiyanın namizədləri qalib gəlib. Bu 2021-ci ildə keçirilmiş parlament seçkiləri zamanı əldə olunan 49,82 faizlik nəticədən xeyli yüksəkdir. Bu, “Vahid Rusiya”ya yenidən Dövlət Dumasında konstitusiya çoxluğunu qoruyub saxlamaq imkanı verir. Qeyd edilən nəticələrə görə, hakim partiya Dövlət Dumasında 450 deputat yerindən 301-dən çoxuna sahib olacaq.
Səsvermənin nəticələrinə görə, Rusiya Federrasiyası Kommunist Partiyası ikinci yerdədir. Kommunsitlər 13,84 faiz səs toplayıb. Rusiya Liberal Demokrat Partiyası 8,86 faiz səslə üçüncü, “Yeni Xalq” partiyası isə 7,94 faiz səslə dördüncü yeri tutub.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin