Rusiyada səfərbərlik Putinə kömək edəcəkmi?

16.09.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş direktoru David Petreus "RBK-Ukrayna”ya müsahibəsində bildirib ki, Rusiyanın iqtisadi və kadr potensialında üstünlüyünə baxmayaraq, əlavə səfərbərlik elan olunacağı təqdirdə belə Vladimir Putin öz hərbi məqsədlərinə nail ola bilməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı UNİAN nəşri yayıb.
Petreusun sözlərinə görə, Rusiya ordusu hələ də Ukraynanın əsas möhkəmləndirilmiş şəhərlərinə, o cümlədən Slavyansk istiqamətinə çata bilməyib:
"Deyək ki, onların daha 100-200 min əsgəri var. Bu, hansısa uğura zəmanət verirmi? Xeyr". 
O qeyd edib ki, hazırda davam edən tükənmə müharibəsində Rusiyaya təzyiqləri artırmaq, o cümlədən Qərbin sərt iqtisadi sanksiyaları və Ukrayna qüvvələrinin Rusiya ərazisinə uzaqmənzilli zərbələri vacibdir.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью