Rusiyada şəhər meri vəfat etdi

24.05.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Rusiyanın Nalçik şəhərinin meri Taymuraz Axoxov vəfat edib.

Bakıvaxtı.az "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə Kabarda-Balkar rəhbərliyinin administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, T.Axoxov 55 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.

Axoxov paytaxt meriyasına səkkiz il rəhbərlik edib. O, 2018-ci il aprelin 2-də Nalçik şəhər administrasiyasının rəhbəri vəzifəsinin icraçısı təyin edilib, həmin ilin iyunun 8-də isə bu vəzifəyə təsdiqlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью