Rusiyada şəhər prokurorluqları ləğv edilir

20.01.2025

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyada “ştat cədvəlinin optimallaşdırılması” məqsədilə regional mərkəzlərdə təxminən 20 şəhər prokurorluğu ləğv edilir.

Gununsesi.info “Report” a istinadən xəbər verir ki, bu barədə “Kommersant” qəzeti Rusiyanın baş prokuroru İqor Krasnovun əmrinə istinadən yazıb.

Şəhər prokurorluqları xüsusilə Kalininqrad, Kemerovo, Kursk, Xabarovsk, Tomsk, Stavropol, Samara, Saratov, Orenburq, Bryansk və digər vilayətlərdə ləğv ediləcək.

“Kommersant”ın qeyd etdiyi kimi, ləğv edilmiş prokurorluqların funksiyalarını yuxarı regional nəzarət orqanları həyata keçirəcək.

Ləğv edilən prokurorluqlardakı ştat vahidləri yenidən bölüşdürüləcək.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью