Rusiyada sərçələrin siyahıyaalması keçiriləcək

04.02.2026

Icma.az, 525.az saytına istinadən bildirir.

Rusiyada sərçələrin sayının müəyyənləşdirilməsi üçün onların siyahıyaalması keçiriləcək.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, proses 7-15 fevralı əhatə edəcək.

Rusiya Quşları Müdafiə Cəmiyyətinin üzvü Anna Mostovayanın bildirdiyinə görə, bütün ölkə ərazisində bu proses ildə 2 dəfə - fevral və avqustda aparılır. Fevralda sərçələri saymaq daha rahatdır. Çünki onlar cütləşməyə hazırlaşırlar və cikkildəşirlər.

Məqsəd bir çox ölkələrdə sərçələrin azalması fonunda Rusiyada onların sayını müəyyənləşdirməkdir.  Bunun üçünsə 10-15 il ardıcıl monitorinqin aparılması vacibdir.

Qeyd edək ki, ötən ilki siyahıyaalmada Rusiya üzrə 208 min sərçənin olduğu müəyyənləşdirilib. Bu, 2024-cü illə müqayisədə 25 faiz çoxdur.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью