Rusiyada sərnişin təyyarəsində bomba həyəcanı

26.11.2026

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölkə.az xəbər verir ki, bu barədə "Life.ru" məlumat yayıb.

Bildirilir ki, Boeing 737-800 təyyarəsinin uçuşu zamanı Soçi hava limanının elektron poçtuna naməlum şəxs tərəfindən təyyarədə bomba olduğu barədə məktub daxil olub. Məlumat təyyarənin həmin vaxt məsuliyyət zonasında olduğu Aktobe dispetçerlərinə ötürülüb, daha sonra isə ekipaj xəbərdar edilib.

Təyyarənin komandiri marşrutu dəyişmək və ehtiyat aerodroma istiqamətlənmək qərarına gəlib. Moskva vaxtı ilə saat 13:12-də pilotlar dispetçerlərdən təcili yardım və prioritet xidmət tələb edərək “Pan-Pan” siqnalı veriblər. Həmçinin partlayış təhlükəsi ilə əlaqədar eniş yerinə polis çağırılıb.

16 dəqiqə sonra Boeing təyyarəsi təhlükəsiz şəkildə yerə enib. Yoxlama nəticəsində təyyarənin göyərtəsində partlayıcı qurğu aşkarlanmayıb.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью