Rusiyada sərnişin təyyarəsinin şassisi qırıldı

18.02.2025

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Olekminskdən Yakutska uçan "Polar Airlines"a məxsus An-24 sərnişin təyyarəsi bu gün səhər saatlarında eniş şassisi qırıldığı üçün yerə enə bilməyib. 

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Yakutiya Xilasetmə Xidməti məlumat yayıb. 

Bildirilir ki, hadisə yerinə təcili xidmətlər cəlb olunub. 

Təyyarə daha sonra qəza enişi edə bilib. Təyyarənin göyərtəsində 34 sərnişin və beş ekipaj üzvü olub. Onların xəsarət almadığı deyilir. 

Ağarza Elçinoğlu 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью