Rusiyada sərxoş vəziyyətdə uçuşa hazırlaşan pilot işdən ÇIXARILDI

22.07.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyada sərxoş vəziyyətdə uçuşa hazırlaşan pilot işdən çıxarılıb.
Bizim.Media xəbər verir ki, hadisə "Ural Airlines" şirkətinin Moskvadan Krasnodara 162 sərnişinlə həyata keçirəcəyi uçuşdan əvvəl "Domodedovo" hava limanında baş verib.
 

Aviaşirkətin mətbuat xidmətinin verdiyi məlumata görə, ikinci pilot uçuşöncəsi məcburi tibbi müayinədən keçə bilməyib. Onun uçuşdan əvvəl təhlükəsizlik yoxlamasından keçərkən spirtli içki qəbul etdiyi müəyyən olunub.


Yoxlama aparan şəxslər onun gözlərinin qızardığını və nəfəsindən kəskin spirt iyi gəldiyini müşahidə ediblər. Alkoqol yoxlaması (bretalyzer testi) nəticəsində göstərici litrə görə 0,18 mq təşkil edib ki, bu da icazə verilən həddən artıqdır. Pilot dərhal hava nəqliyyatının idarə edilməsindən uzaqlaşdırılıb və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью