Rusiyada silsilə partlayışlar baş verib

04.04.2025

Icma.az bildirir, Reyting.az portalına istinadən.


Ötən gecə Rusiyanın Taqanroq şəhərində hava hücumundan müdafiə sistemi işə salınıb.
Reyting.az
xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.
Qeyd olunur ki, yerli sakinlər beş partlayış səsi eşitdiklərini bildiriblər. Natalevka və Dmitriadovka kəndlərinin sakinləri də bunu təsdiqləyiblər.
Tələfat və dağıntılar barədə hələlik rəsmi məlumat yoxdur.
ELÇİN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью