Rusiyada Simonyanın öldürülməsinə hazırlıqla bağlı cinayət işi üzrə istintaq başa çatıb

20.10.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyanın öldürülməsinə hazırlıqla bağlı cinayət işi üzrə istintaq başa çatıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

Onun sözlərinə görə, istintaq zamanı məlum olub ki, Simonyanın qətlini planlaşdırmaqda ittiham olunanlar 50 min dollar qarşılığında cinayəti törətməyə razılıq veriblər.

Qeyd edək ki, 2023-cü ildə Rusiya Federal Təhlükəsizlik Xidməti “Russia Today” kanalının baş redaktoru Simonyanın qətlini planlaşdıran şəxsləri yaxaladıqlarını açıqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью