Rusiyada sirkdə dəhşətli anlar: pələng insanların arasında VİDEO

21.04.2026

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiyanın Rostov-na-Donu şəhərində sirk tamaşası zamanı baş verən insident ciddi panikaya səbəb olub.

"Yeni Sabah" xəbər verir ki, tamaşa zamanı pələnglərdən biri qəfil nəzarətdən çıxaraq tamaşaçıların oturduğu istiqamətə hərəkət edib.

Məlumata görə, insidentə səbəb qoruyucu təhlükəsizlik torunun qəfil yerə düşməsi olub. Bu vəziyyətdən qorxan heyvan panikaya düşərək baryeri aşmaqla tamaşaçıların olduğu zonaya yönəlib.

Bildirilir ki, pələng qısa müddət sonra nəzarət altına götürülüb, sirk fəaliyyəti isə müvəqqəti dayandırılıb.

İnsidentin dəqiq səbəbləri ilə bağlı araşdırma aparılır./shownews.az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью