Rusiyada şok təklif: Diskotekaları bərpa edək, əhali artsın!

30.01.2025

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məktəb diskotekalarının ənənəsini geri gətirmək demoqrafik böhranla mübarizə aparmağa kömək edə bilər.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Təhsil Nazirliyinin tərbiyə, əlavə təhsil və uşaqların istirahəti sahəsində dövlət siyasəti departamentinin direktoru Nataliya Aqre deyib.

Onun sözlərinə görə, rəqsin qayıdışı yeniyetmələr arasında əlavə münasibətlər yarada bilər və nəticədə demoqrafik göstəriciləri yüksəldə bilər:

“Ölkəmizdə uşaqların özlərini ailə həyatında görmək istədikləri yaş qrupu 18-21 yaş arasında, cəmi 8 faizdir. Bu, çox azdır. Və niyə belədir? Biz onların romantik münasibət qurmasına şərait yaratmamışıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью