Rusiyada spirtli içki satışı QADAĞAN EDİLDİ SƏBƏB

23.06.2026

Icma.az bildirir, Bizim media portalına istinadən.

27 iyun Gənclər Günü və son zənglə bağlı keçirilən məzun gecəsi ilə əlaqədar olaraq Rusiyanın 40 bölgəsində spirtli içki satışı qadağan ediləcək.
Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” regional qanunvericiliyə istinadən məlumat yayıb.
Bildirilib ki, Rusiyada Gənclər Günü iyun ayının son şənbə günü qeyd olunur. Rusiya Təhsil Nazirliyi bölgələrə məzun mərasimlərinin bu gün keçirilməsini tövsiyə edib. Buna görə də hər bir bölgə spirtli içkilərin satışını məhdudlaşdırmaq qərarına gəlib.
 

Başqırdıstan , Altay Respublikası , Dağıstan , Kalmıkiya , Qaraçay-Çərkəz , Komi, Mari El , Mordoviya , Xakasiya, Çuvaşiya , Xabarovsk, Kamçatka və Zabaykalsk diyarlarında, eləcə də Amur, Arxangelsk, Bryansk, Volqoqrad, Voloqda, İrkutsk, Kalininqrad, Kemerovo, Kirov, Kursk, Leninqrad, Lipetsk, Maqadan, Murmansk, Orenburq, Ryazan, Saratov, Penza, Saxalin, Smolensk və Tümen vilayətlərində müvafiq qadağalar tətbiq edilib.


Göstərilən bölgələrdən əlavə, Nenets və Çukotka Muxtar Dairələrində, Yamalo-Nenets Muxtar Dairəsində , Sevastopolda , Zaporojye və Xerson vilayətlərində, Luqansk və Donetsk Xalq Respublikalarında və Sankt-Peterburqda spirtli içkilər satışa çıxarılmayacaq.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью