Rusiyada tacikistanlı şagirdin məktəbə hücumunun qarşısı alınıb | Icma.az
Apa.az saytına istinadən Icma.az xəbər verir. Moskva vilayətinin Reutov şəhərində məktəbə hücumun qarşısı alınıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə "Moskovskiy Komsomolets" nəşri yazıb.
Bildirilib ki, əslən Tacikistandan olan 16 yaşlı şagird hücum etmək niyyətində olub və bu məqsədlə 3 bıçaq alıb.
Məlum olub ki, yeniyetmə Rusiya Federasiyasında qadağan olunmuş terror təşkilatı olan "Kolumbayn" icmasına qoşulub və planlar qurmağa başlayıb.
Lakin hazırlıq mərhələsində terror aktı ifşa olunub. Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu