Rusiyada “Taliban”a qoyulan qadağa ləğv edildi | Icma.az
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır. Rusiyanın Ali Məhkəməsi “Taliban” hərəkatının ölkədə fəaliyyətinə qoyulan qadağanı lə
“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, məhkəmə Rusiya Baş prokurorluğunun müraciəti əsasında bu barədə qərar çıxarıb.
Məhkəmə iclası qapalı rejimdə keçirilib və qərar qəbul edildiyi andan qüvvəyə minib.
Qeyd edək ki, 2024-cü ilin dekabrında Rusiya Prezidenti Vladimir Putin terrorizmi təbliğ etməyi, ona haqq qazandırmağı və dəstəkləməyi dayandıran təşkilatların terrorçu təşkilat siyahısından çıxarılmasını nəzərdə tutan qanunu imzalayıb.
Ali Məhkəmənin qərarı “Taliban”ı sözügedən siyahıdan çıxarmağa imkan verir.
Onu da bildirək ki, Rusiya 2003-cü ilin fevralında hazırda Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatını Ali Məhkəmənin qərarı ilə qadağan etmişdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu