Rusiyada “Taliban”a qoyulan qadağa ləğv edilə bilər

31.03.2025

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Ali Məhkəməsi aprelin ortalarında ölkədə “Taliban” hərəkatının fəaliyyətinə qoyulan qadağanın dayandırılması ilə bağlı Baş Prokurorluğun iddiasına baxacaq.

Bu barədə Sfera.az Rusiya KİV-ə istinadən xəbər verir.

Məhkəmənin baxış iclası aprelin 17-nə təyin edilib. İşə bağlı qapılar arxasında baxılacaq.

Məhkəmə “Taliban”ın fəaliyyətinə qoyulan qadağanı dayandırsa, o zaman qərar qüvvəyə mindikdən sonra hərəkat terror təşkilatları siyahısından çıxarılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью