Rusiyada taun epidemiyası riski var? ÜST BƏYANAT YAYDI

07.10.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiyanın İrkutsk vilayətindəki vəziyyətlə bağlı bəyanat yayıb. Açıqlamada qeydə alınan pnevmoniya hadisəsi ilə bağlı heç bir risk olmadığı bildirilib.
 

MÖVZU İLƏ BAĞLI: 

Rusiyada taun xəstəliyi yayılır? - FOTO


Bizim.Media xəbər verir ki, bu barədə Rospotrebnadzor (Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Federal Nəzarət Xidməti) məlumat verib.
Bildirilib ki, regionda hərtərəfli profilaktik tədbirlər həyata keçirilib və əhali üçün heç bir epidemiya riski yoxdur.
Qeyd edək ki, Rospotrebnadzor ÜST-ə İrkutsk vilayətindəki vəziyyətlə bağlı məlumat göndərmişdi. Qurum hazırda İrkutskda bir sıra profilaktik tədbirləri yekunlaşdırır.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью