Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyada bir laboratoriya əməkdaşının şübhəli infeksiya ucbatından ölməsi ölkədə taun xəstəliyinin yayılması ilə bağlı narahatlıq yaradıb.
“Yeni Sabah” xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp da məsələni yaxından izlədiklərini bildirib.
O, Nebraska ştatında seçki mitinqinə getmək üçün Ağ Evdən ayrılmazdan əvvəl jurnalistlərin suallarını cavablandırıb: Pepperoni pizza
“Bu məsələni çox yaxından araşdırırıq. İllər əvvəl sətəlcəmi müalicə etmək daha asan idi. Lakin mikroblar və bakteriyalar artıq daha davamlı hala gəlib. Onlara (Rusiyaya - red.) yardım edəcəyik”.
Xatırladaq ki, Rusiya İnsan Sağlamlığı və İstehlakçı Hüquqlarının Müdafiəsi Xidməti ("Rostrebnadzor") laboratoriya əməkdaşı Şipilovanın mənbəyi müəyyən edilməyən pnevmaniyadan öldüyünü bildirib. Rusiyada taun xəstəliyinin yayılması ilə bağlı iddialar hələlik rəsmi şəkildə təsdiqlənməyib.