Rusiyada tələbə hərbi komissarlığı yandırmağa cəhd

21.01.2025

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) yaydığı məlumata istinadən xəbər verir ki, Ukrayna ilə müharibənin əleyhdarı olan orta və xüsusi ixtisas təhsili müəssisəsinin 18 yaşlı tələbəsi bu addımla hərbçilərin cəbhəyə göndərilməsinin qarşısını almaq istəyib. O, kustar üsulla hazırlanmış yandırıcı vasitə ilə hərbi komissarlığı yandırmağı planlaşdırıb.
Lakin hərbi komissarlığın yaxınlığında saxlanıldığı üçün tələbə planını həyata keçirməyib. Yerli teleqram kanallarında həbsin canlı videosu yayımlanıb.
Saxlanılan şəxsə qarşı terror aktına cəhd maddəsi ilə cinayət işi açılıb. Saxlanılan şəxsin “Ukrayna terror təşkilatı”nın göstərişi ilə hərəkət etdiyi bildirilir.


Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью