Rusiyada teleqram bu tarixdən bloklanacaq

26.02.2026

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Teleqram" messenceri Rusiyada apreldən etibarən bloklanacaq.

Axşam.az xəbər verir ki, bu barədə RBC mənbələrə istinadən məlumat yayıb. Onların sözlərinə görə, qərar demək olar ki, yekun hesab olunur.

Bloklanmanın səbəbi kimi vətəndaşların, o cümlədən yetkinlik yaşına çatmayanların qanunsuz fəaliyyətlərə cəlb olunması hallarının artması göstərilir.

Tətbiqin həm mobil şəbəkələr, həm də stasionar internet üzərindən yüklənməsinin mümkünsüz olacağı bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью