Rusiyada terror aktının qarşısı alınıb

24.04.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Rusiyanın Nijni Novqorod vilayətində terror aktının qarşısı alınıb.

Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Federal Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Məlumata görə, Orta Asiyadan olan iki nəfər pilotsuz təyyarələrdən istifadə etməklə bölgədəki neft-kimya zavoduna hücum planlaşdırıb.

Onların ukraynalı kuratorların göstərişi ilə hərəkət etdikləri bildirilir. Saxlanılan zaman şübhəlilər silahlı müqavimət göstəriblər, lakin zərərsizləşdiriliblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью