Rusiyada terror dalğası ola bilərmi? (ŞƏRH) | Icma.az
Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır. "Mövcud durumda Rusiyanı yeni terror aktları da bürüyə bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Yusuf Bağırzadə deyib.
Ekspert bildirib ki, İstanbulda iki görüş keçirilməsinə baxmayaraq, Ukrayna ilə Rusiya arasında münasibətlər gərgin olaraq qalır: "Ukrayna xüsusi xidmət orqanları Rusiya ərazisində aerodromlara dronlarla hücum təşkil edərək, 41 ədəd strateji təyyarəni məhv edib.
Ukrayna hərbi qüvvələri tərəfindən də Krım körpüsünə hücum təşkil olunub.
Rusiya hərbi qüvvələri də Ukraynanın mülki məntəqələrinə hücumlarını davam etdirir.
İyunun 5-də Baltik-NATO deyilən təlimlər başlayacaq ki, burada da ABŞ başda olmaqla 17 ölkənin 9 min əsgəri və 50-yə yaxın hərbi gəminin iştirakı gözlənilir.
Rusiya da Baltik dənizindəki hərbi obyektlərin nəzarətə götürülməsi barədə bəyanatlar verir.
Kiyevlə Moskva arasında İstanbulda başa çatan ikinci görüşdən sonra Rusiyaya məxsus hərbi aerodromların vurulması və uzaqməsafəli təyyarələrin 34 faizinin məhvi Rusiyanın yenidən Ukrayna tərəfindən hücuma məruz qalacağını düşünməyə əsas verir".
Tam oxu
Xəbəri oxu