Rusiyada təyyarə qəzaya uğrayıb: Xəsarət alan...

25.01.2025

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Rusiyada mühərrikində naraszlıq yaranan təyyarə qəzaya uğrayıb.

“Cebheinfo.az” xəbər verir ki, qəza zamanı təyyarədə olan sərnişinlərdən və ekipaj üzvlərindən zərər çəkən olmayıb.

İlkin məlumatlara görə, təyyarə mühərrikdə baş verən nasazlıq səbəbindən havaya qalxa bilməyib və kolluqların olduğu əraziyə düşüb.

“An-24” sərnişin təyyarəsi mühərrik nasazlığı səbəbindən Nelkan hava limanının yaxınlığındakı kollarına enib.

Təyyarədə olan 20 nəfərin Xabarovska gedəcək növbəti reyslə yola salınacağı bildirilir.

Vilayət Muxtar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью