Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyanın avtomobil bazarında qəribə təzad müşahidə edilir.
Avtosfer.az xəbər verir ki, 2026-cı ilin ilk 10 ayında federasiyada 601 yeni premium avtomobil satılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çoxdur.
Artım sanksiyaların əhatəsinin genişlənməsi fonunda baş verir. Ən çox maraq doğuran lüks modellər “Rolls-Royce”, “Bentley” və “Lamborghini” olub.
Maşınlar hamısı paralel ixrac yoluilə gətirilib. Hesabat dövründə lüks avtomobil satışı statistikası belədir:
Rolls-Royce — 189
Bentley — 164
Lamborghini — 163
Ferrari — 59
Aston Martin — 15
Maserati — 7
McLaren — 2
Bugatti — 2
“Rolls-Royce Cullinan” krossoveri 157 satışla liderlik edir.
Qəribə burasındadır ki, premium sinifdə yüksəliş olduğu halda, yük avtomobilləri, avtobus və yüngül kommersiya avtomobillərinin satışında 20-30 faizlik geriləmə müşahidə edilir. Görünən budur ki, müharibədən xalq itirir, kiçik bir qrup qazanır.
Vüqar