Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyanın Başqırdıstan Respublikasının Sterlitamak şəhərində yerləşən “Solneçnıy” ticarət-servis kompleksində baş verən yanğın nəticəsində azı 4 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, yanğın dördmərtəbəli binanın ikinci mərtəbəsində başlayıb. Hadisə zamanı 17 nəfər binadan təxliyə edilib.
FHN-in ilkin məlumatına əsasən, 4 nəfər xəsarət alıb.