Rusiyada ticarət mərkəzi yandı Ölən və itkin düşən var

24.07.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rostov vilayətinin Novoşaxtinsk şəhərindəki ticarət mərkəzində yanğın baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

"Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürərkən mərhumun (bir nəfər qadın) cəsədini aşkarlayıblar", - məlumatda deyilir. 

Qeyd olunub ki, hazırda ticarət mərkəzinin daha bir əməkdaşının axtarışları davam etdirilir.

Ağarza Elçinoğlu


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью