Rusiyada ticarət mərkəzində güclü yanğın başladı, 65 nəfər təxliyə edildi Video

01.11.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyanın Leninqrad vilayətində  Vsevolojsk şəhərindəki ticarət obyektlərindən birində yanğın baş verib.
Bizim.Media xəbər verir ki, yanğın “Kotovo Pole” ticarət mərkəzində başlayıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın 2250 kvadratmetr ərazidə lokallaşdırılıb. Hadisə yerindən 20-si uşaq olmaqla, ümumilikdə 65 nəfər təxliyə edilib.
Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur. Yanğının başvermə səbəbi açıqlanmayıb.

Bizim.Media 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью