Rusiyada ticarət mərkəzində güclü yanğın VİDEO

26.07.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın Moskva vilayətinin Ramenskoye şəhərində yerləşən ticarət mərkəzində güclü yanğın baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Çuqunov küçəsində yerləşən "Madam" ticarət mərkəzində qeydə alınıb.
Məlumata görə, yanğın alış-veriş mərkəzindəki mağazalardan birində başlayıb. Alovun fişəng satılan şöbəyə keçməsindən sonra ardıcıl partlayışlar baş verib.
 

Hadisə yerinə Fövqəladə Hallar xidmətinin əməkdaşları cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.


İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью