Rusiyada ticarət mərkəzində partlayış

25.12.2024

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Rusiyanın Vladikavkaz şəhərində ticarət mərkəzində güclü partlayış baş verib.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, “Alaniya Mall”da qeydə alınan partlayışdan sonra yanğın başlayıb.

Nəticədə bir nəfər həlak olub, daha 10 nəfər isə xəsarət alıb. Onların ticarət mərkəzinin əməkdaşları olduğu qeyd edilib. 

İlkin məlumata görə, insidentə səbəb qaz balonunun partlaması olub. 

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью