Rusiyada turist avtobusu aşdı: ağır yaralılar var

05.01.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Rusiyanın Kareliya Respublikasının Pitkyarant rayonunda turist avtobusu aşıb.

Axar.az xəbər verir ki, bu barədə respublikanın səhiyyə naziri Mixail Oxlopkov məlumat verib.

“Lyaskelya kəndi yaxınlığında turist avtobusu aşıb. İlkin məlumatlara görə, 6 nəfər ağır yaralanıb. Yaralıların sayı dəqiqləşdirilir”, - Oxlopkov bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью