Rusiyada turist bazasına soxulan ayı öldürüldü

03.09.2026

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Buryatiyada turist bazasına soxulan ayı polislər tərəfindən güllələnib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə dünən gecə Ulan-Ude yaxınlığındakı turist bazalarından birində baş verib.

Bazanın mühafizə xidməti müşahidə kameraları vasitəsilə ərazidə vəhşi heyvanın olduğunu görüblər. Ayı özünü kifayət qədər aqressiv apardığından mühafizəçilər dərhal polisi məlumatlandırıblar. Xidmət personalına və qonaqlara ciddi təhlükə yaradan "yastıdaban" polis tərəfindən güllələnərək zərərsizləşdirilib.

Yeri gəlmişkən, il ərzində Rusiyada ayıların insanlara 15-20 hücum faktı qeydə alınır. Onlardan 30-40 faizi ölümlə nəticələnir.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью