Rusiyada turistlər qar uçqununa düşdü, 4 nəfər öldü

27.03.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyanın Maqadan vilayətində 6 nəfərlik turist qrupu qar uçqununa düşüb. Nəticədə 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Axar.az xəbər verir ki, bu barədə fövqəladə hallar xidməti məlumat yayıb.

Bildirilib ki, qrupdan bir turist xəsarət almayıb. Hazırda qrupun müəyyən olunmuş qaydada qeydiyyata alınıb-alınmadığı müəyyənləşdirilir.

Turistləri təxliyə etmək üçün helikopter göndərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью