Rusiyada üç gün əvvəl istifadəyə verilən zavod alovlar içində Video

14.11.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyanın Kaluqa və Belqorod vilayətlərində güclü partlayışlar baş verib.
Bizim.Media xəbər verir ki, OSİNT kanallarının məlumatına görə, Kaluqa yaxınlığındakı "Kaluqa" Xüsusi İqtisadi Zonasında yerləşən və noyabrın 10-da istifadəyə verilən "Klever" müəssisəsində yanğın baş verib.
Plastik taralar, zibil konteynerləri və yükdaşıma yeşikləri istehsal edən zavodda alovun sahəsi artıq 3 min kvadratmetrə çatıb. Hadisənin başvermə səbəbi hələlik məlum deyil.
Bundan başqa, Belqorod vilayətinin Valuyki şəhərində də partlayış səsləri eşidilib.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью