Rusiyada üçgünlük seçkilər başladı

18.09.2026

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Rusiyada bu gün Dövlət Dumasına seçkilərə start verilir.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, seçkilərə ilk olaraq Kamçatka diyarında və Çukotkada start verilib. 

Həmin ərazilərdə seçki məntəqələri sentyabrın 18-də yerli vaxtla səhər saat 08:00-da (Bakı vaxtı ilə 18 sentyabr saat 00:00-da) açılıb.

Qeyd edək ki, Rusiyada doqquzuncu çağırış Dövlət Dumasına seçkilərdən əlavə, həm də regional və bələdiyyə seçkiləri keçirilir. Ayrı-ayrı kateqoriya seçicilərə isə erkən səs vermək imkanı yaradılıb. Buraya əsasən ucqar rayonların sakinləri, döyüş əməliyyatları zonasında olan hərbi qulluqçular, həmçinin hərbi vəziyyətin tətbiq edildiyi 12 regionun sakinləri daxildir. 

Dövlət Duması seçkilərində və onlarla birləşdirilmiş digər seçkilərdə əsas səsvermə sentyabrın 18-dən 20-dək davam edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью