Rusiyada Ukraynanın agenti saxlanılıb

21.05.2025

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) dövlətə xəyanətdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Rusiya vətəndaşını Kaluqa vilayətində saxlayıb.
Reyting.az
xəbər verir ki, FTX-nın İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatına görə, həmin şəxs 2023-cü ilin sentyabr ayından “Telegram” messencerində Ukrayna xüsusi xidmət orqanlarının nümayəndəsi ilə əlaqə saxlayıb və kəşfiyyat məlumatları toplayırmış.
Saxlanılan şəxsin Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə sistemlərinin Kaluqa vilayətində yerləşməsi barədə məlumat ötürdüyü bildirilir. Bundan əlavə, onun telefonunda Rusiya Federasiyasında qadağan olunmuş terror təşkilatlarının silahlıları ilə yazışmalar aşkar edilib. Mesajlarda Rusiya ərazisində təxribat və terror aksiyaları həyata keçirmək planları müzakirə olunub.
Saxlanılan şəxs barəsində dövlətə xəyanət maddəsi ilə cinayət işi açılıb. O, həbs olunub və təqsirini tam etiraf edib.
V. QULİYEV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью