Rusiyada uşaq bağçasına silahlı hücum

06.02.2026

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Orenburq vilayətinin Buquruslan şəhərində bıçaqla silahlanmış naməlum şəxs uşaq bağçasına hücum edib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, tərbiyəçinin sayəsində hücumun faciə ilə nəticələnməsinin qarşısı alınıb.

Liya Qalyeyeva adlı tərbiyəçi həyəcan siqnalı düyməsini vaxtında basmaqla yanaşı cinayətkarın uşaqlar olan otaqlara girməsinə imkan verməyib.

Az sonra hadisə yerinə gələn polis basqınçını həbs edib.

İnsident zamanı xəsarət alan olmayıb. Cinayətkarın şəxsiyyəti açıqlanmır.

Qeyd edək ki, şəhər meri Dmitri Dyaçenko göstərdiyi igidliyə görə tərbiyəçilə minnətdarlığını bildirib.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью