Rusiyada vəba həyəcanı: 197 nəfər karantinə alındı

05.10.2026

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Sibirin İrkutsk vilayətində qadın laboratoriya işçisinin vəbadan ölməsindən sonra 197 nəfər karantinə alınıb.

Turkustan.az xəbər verir ki, Buryatiya Respublikasının rəhbəri Aleksey Tsydenov qadının vəbanın naməlum növündən öldüyünü təsdiqləyib.

Tsydenov sosial şəbəkə hesabında bildirib ki, Buryatiyada, o cümlədən Monqolustanla sərhəd ərazilərdə vəba xəstəliyinə yoluxma halı qeydə alınmayıb.

Aytən Yaşar / Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью