Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyada vergidən yayınan sahibkarlar dövlətə borclarını ödədikdən sonra belə çirkli pulların yuyulmasına görə cinayət məsuliyyətinə cəlb olunacaqlar. SİA xəbər verir ki, müvafiq izahatlar Rusiya Ali Məhkəməsinin 24 noyabrda keçirilən plenar iclasında qəbul edilib.
Yeni izahatlara əsasən, sahibkarların və ya şirkətlərin cinayət yolu ilə vergidən yayınma nəticəsində saxladıqları pullar çirkli pulların yuyulmasına görə cinayət məsuliyyətinə cəlb edilə bilər. Pulun əvvəlcə qanuni yolla qazanılıb-qazanılmamasının əhəmiyyəti yoxdur.
Mətləb