Rusiyada vətəndaşlıq almış şəxslərin xarici sürücülük vəsiqələri etibarsız olacaq

31.03.2025

Icma.az, Operativ MM saytına istinadən bildirir.

2025-ci il aprelin 1-dən Rusiya vətəndaşlığı, yaşayış və ya müvəqqəti yaşamaq icazəsi aldığı tarixdən bir il keçmiş vətəndaşların xarici sürücülük vəsiqələri ölkə ərazisində etibarsız sayılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Rusiyada sürücü etibarsız vəsiqə ilə avtomobil idarə edərsə, onu 15 min rubla qədər cərimə gözləyir və vəsiqəsi bərpa olunana qədər sürücülük hüququndan məhrum edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью