Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Rusiyada “Vikipediya”ya giriş dayandırılıb.
KONKRET.az xəbər verir ki, rusiyalı istifadəçilər “Vikipediya” onlayn ensiklopediyasına girişlə bağlı problemlərdən şikayət edirlər. Bunu “Сбой.рф” və Downdetector xidmətlərinin məlumatları da təsdiqləyir.
Məlumata görə, VPN vasitəsilə sayta giriş hələ də mümkündür.
“Сбой.рф” xidmətinin məlumatına əsasən, ən çox şikayətlər Moskva və Sankt-Peterburq şəhərlərindən daxil olub. “Downdetector” platformasında isə istifadəçilər saytın açılmadığını və ona girişin bloklandığını bildirirlər.
“İnternetin Müdafiəsi Cəmiyyəti”nin rəhbəri Mixail Klimaryov bildirib ki, “Vikipediya” Rusiya ərazisində bloklanıb. Onun sözlərinə görə:
“Bu addım uzun müddətdir gözlənilirdi və qəribədir ki, indiyədək bloklanmamışdı.”
Qeyd edək ki, bu məlumatlar istifadəçi şikayətləri və Mixail Klimaryovun açıqlamasına əsaslanır. Hazırda Rusiya rəsmiləri tərəfindən “Vikipediya”nın rəsmi şəkildə bloklanması ilə bağlı rəsmi açıqlama verilməyib.
Ağagül Mürsəlov,
KONKRET.az