Rusiyada xəstəxanada güclü YANĞIN: İnsanlar pəncərələrdən tullandılar VİDEO

18.11.2024

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın Yekaterinburq şəhərində xəstəxanada yanğın baş verib. 
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, 2 saylı poliklinikanın binası yanıb. 
 

“Shot” teleqram kanalının məlumatına görə, yanğından xilas olmağa çalışan insanlar pəncərələrdən tullanıblar. Bildirilib ki, ən azı bir nəfər yaralanıb, 300-dən çox xəstə və işçi təxliyə edilib. 


Yanğının ilkin səbəbi damda tikinti işləri zamanı təhlükəsizlik qaydalarının pozulması göstərilib. Hazırda yanğının qarşısı alınıb. 

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью