Rusiyada xüsusi əməliyyat: Azərbaycan ordusunun keçmiş hərbçisi saxlanıldı

08.09.2025

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Stavropolda keçirdiyi əməliyyat nəticəsində Azərbaycan vətəndaşı saxlanılıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

İddiaya görə, saxlanılan şəxs Ukraynaya çalışıb və Rusiya hüquq-mühafizə orqanlarının Yessentuki və Stavropolda yerləşən binalarında terror aktları törətməyi planlayıb. Onun barəsində cinayət işinin açıldığı bildirilir.

FTX saxlanılan şəxsin əvvəllər Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı dəstəsində xidmət etdiyinə dair məlumat yayıb.

Əliyar Xəlil
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью