Rusiyada yanacaq böhranı: Satışı məhdudlaşdırdı

03.06.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Rusiyanın Moskva şəhəri, Moskva vilayəti və Sankt-Peterburqdakı yanacaqdoldurma məntəqələri yanacaq çatışmazlığı səbəbindən satışlarını məhdudlaşdırmağa başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, Sankt-Peterburqda 50 litrdən çox benzin verilmir:

“Moskva və ətraf bölgələrdə olan yanacaqdoldurma məntəqələri 60 litrə qədər benzin və 100 litrə qədər dizel yanacağı satır, “Lukoyl” isə maksimum 100 litr benzin satır. Eyni zamanda, digər şəbəkələr də məhdudiyyətlər tətbiq edir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью