Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Rusiyada davam edən yanacaq böhranı fonunda məlumat paylaşılmasına daha bir məhdudiyyət təbiq edilib.
Avtosfer.az xəbər verir ki, Peterburq birjası neft məhsullarının alqı-satqısına dair məlumatları məxfiləşdirib. Yayılmayan məlumatlara neft satışı müqavilələri, satış qiyməti və digər informasiyalar daxildir. Bundan başqa, yanacaq satışına dair arxiv məlumatlarına da girişə məhdudiyyət qoyulub.
Qeyd edək ki, Rusiyada son həftələrdə dizel yanacağı ilə bağlı çətinliklər demək olar aradan qalxıb. Bu da Azərbaycanla Rusiya arasında daşımaların artdığı dövrdə tez xarabolan malların, xüsusilə kənd təsərrüfatı məhsullarının daşınması zamanı yaranan riskləri azaldır. Benzin qıtlığı ilə bağlı çətinliklər isə hələ aradan qalxmayıb.
Vüqar