Rusiyada yanan benzin vaqonlarının VİDEOSU

26.09.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın Smolensk vilayətində dəmir yolu keçidində yük qatarı və yük maşını toqquşub. 

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində yanğın baş verib. Yük maşınının sürücüsü ölüb, mühəndis və köməkçisi yaralanıb. 

Hadisədə 18 qatar vaqonunu relsdən çıxıb. 

Qəza yerinin yaxınlığında ekoloji post qurulub, mütəxəssislər su və hava nümunələri götürüblər. Qəza bir neçə qatarın hərəkətinin dayandırılmasına səbəb olub. 

Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 400 kvadratmetr ərazini əhatə edən yanğının qarşısını ala bilib.

Ağarza Elçinoğlu 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью