Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin Salexard şəhərində fərdi evdə gecə baş verən yanğın zamanı incəsənət məktəbinin müəllimi uşaqları ilə birlikdə həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya mediası meriyanın mətbuat xidmətinə istinadən məlumat yayıb.
Rusiya İstintaq Komitəsinin regional idarəsinin məlumatına görə, noyabrın 27-si gecə saatlarında fərdi yaşayış evindəki yanğın söndürüldükdən sonra qadının və onun üç uşağının meyiti aşkar edilib, bir kişi xilas ola bilib, ona tibbi yardım göstərilir.
Ehtiyatsızlıqdan ölümə səbəb olma faktı üzrə cinayət işi başlanıb.
Yanğının səbəbi araşdırılır.