Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya vətəndaşlığı alan, lakin andiçmə prosedurunu keçməyən əcnəbilər bu il noyabrın 23-dən Rusiya vətəndaşlığı statusundan məhrum ediləcəklər.
Avtosfer.az-ın Oxu.az-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyi xəbərdarlıq yayıb.
Qurumdan bildirilib ki, andiçmə müddəti noyabrın 22-də başa çatır.
"23 noyabr 2024-cü il tarixindən belə şəxslər Rusiya vətəndaşlığını əldə etməmiş hesab olunacaqlar və onların Rusiya vətəndaşlığına qəbul edilməsi barədə qərarlar etibarsız sayılacaq", - deyə məlumatda vurğulanıb.
Qeyd etmək lazımdır ki, Rusiya vətəndaşlığı alarkən andiçmə öhdəliyi 2017-ci il sentyabrın 1-dən tətbiq edilib.
Buna görə də yeni qaydalar bu tarixdən əvvəl Rusiya vətəndaşı olanlara və ya vətəndaşlıq alarkən and içməkdən azad edilənlərə aid deyil.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.