Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2027-ci ildə Rusiyanın səkkiz regionunda əcnəbi vətəndaşların taksi sahəsində işləməsinə məhdudiyyətlərin tətbiqi planlaşdırılır. Müvafiq layihəni Rusiya Əmək Nazirliyi hazırlayıb.
Bizim.Media xəbər verir ki, məhdudiyyətlərin Mordoviya, Çuvaşıstan, Tatarıstan, Udmurtiya, Sverdlovsk, Orenburq və Ulyanovsk vilayətlərini, eləcə də Yəhudi Muxtar Vilayətini əhatə edəcəyi gözlənilir.
Bundan əlavə, Kaluqa vilayətində əcnəbilərin kuryer fəaliyyəti ilə məşğul olmasına qadağa qoyulması təklif edilir.
Hakimiyyət orqanları bu təşəbbüsü yol-nəqliyyat hadisələrinin çoxluğu, taksi sahəsində qanun pozuntuları, qanunsuz sahibkarlıq fəaliyyəti və sürücülərin inzibati cəzalardan yayınması halları ilə əsaslandırır.
Layihə artıq Rusiya Üçtərəfli Komissiyası tərəfindən təsdiqlənib. Sənədin qüvvəyə minməsi üçün baş nazir Mixail Mişustinin imzası tələb olunur.
Bizim.Media